“Space” televiziyasının baş direktoruna yeni müavin təyin edilib
“PostMedia”nın əldə etdiyi məlumata görə, bu vəzifə İlham Süleymanova həvalə edilib.
İ. Süleymanov telekanalda kadr siyasəti və idarəetmə məsələlərinə, o cümlədən yeni müxbir və redaktorların seçiminə cavabdeh olacaq.
O, 2018-ci ildən sabiq nazir İnam Kərimovun əmri ilə KTN-də fəaliyyətə başlayıb. Bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.
Xatırladaq ki, “Space” televiziyasının təsisçisinin bu ilin may ayının əvvəlində verdiyi qərarla kanalın baş direktoru vəzifəsinə Ayaz Mustafayev təyin olunub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
