6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

"Tribune de Geneve": İsveçrədə F-35 qırıcılarının alınması üçün maliyyələşdirməyə razılıq verilib

17-iyun-2026
"Tribune de Geneve": İsveçrədə F-35 qırıcılarının alınması üçün maliyyələşdirməyə razılıq verilib
Yazı Ölçüsü:

İsveçrə parlamentinin yuxarı palatası ABŞ istehsalı olan "F-35" qırıcılarının alınması üçün əlavə 394 milyon frank (təxminən 496 milyon dollar) ayrılmasını təsdiqləyib.

"PostMedia" xəbər verir ki, bu barədə "Tribune de Geneve" qəzeti məlumat yayıb.

“Nəzarət Şurası F-35 qırıcıları üçün əlavə 394 milyon franka razılıq verib”, – deyə materialda bildirilir.

Nəşrin məlumatına görə, qərar 2026-cı il müdafiə hesabatının müzakirəsi çərçivəsində qəbul edilib. Ümumilikdə deputatlar 3,4 milyard frank həcmində hərbi xərcləri təsdiqləyiblər.

Qeyd olunur ki, İsveçrə Federal Şurası quru hava hücumundan müdafiənin gücləndirilməsinə, kiçik pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiəyə və kibertəhlükəsizliyin inkişafına xüsusi diqqət ayırıb. Əlavə maliyyə ən azı 30 ədəd F-35 qırıcısının alınmasını təmin edəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930