Türkiyə hökuməti, bunun üçün zəruri şərtlər formalaşarsa, Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır.
"PostMedia" xəbər veir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Türkiye” qəzetinə Rusiyaya etdiyi səfərin (16–17 iyun) nəticələrinə dair açıqlamasında bildirib.
“Paşinyan hökuməti bu istiqamətdə çox vacib addımlar atıb. Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) iradəsi ilə bir sıra mühüm addımlar atılıb, o cümlədən birbaşa ticarət və aviareyslərin bərpası. Yeni mərhələdə nələrin edilməli olduğu da aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq”, – deyə Fidan qeyd edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
