“Qaz təchizatı haqqında” qanun layihəsi növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq.
"PostMedia" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar icrasında deyib.
Onun sözlərinə görə, “Qaz təchizatı haqqında” qanun layihəsi çox vacibdir və bir sıra məqamlarına yenidən baxılmasına ehtiyac var:
"Təqdimatçılar qanun layihəsinin qəbulunu vətəndaş məmnunluğunun yaratdığını bildirdi, ancaq indidən mətbuatda qanun ətrafında xeyli dərəcədə narazılıqlar var. Bu qanun layihəsində bir sıra məsələlərə aydınlıq gətirilməlidir.
Meyar kimi, Azərbaycanın normativ hüquqi aktlar haqqında konstitusiya qanunu əsas götürərdim və bir neçə sual qaldırmaq istəyərdim. Bu qanun normativ hüquqi aktlar haqqında konstitusiya qanunun tələblərinə cavab verirmi?
Belə ki, bu qanun layihəsinin normativ hüquqi aktlar haqqında konstitusiya qanunu ilə ziddiyyət təşkil etməməlidir. Ancaq bəzi ziddiyyətlər var.
Bundan başqa, bu qanununda oxucu üçün aydın olması üçün məqsəd və funksiyaları öz əksini tapmalıdır. Ancaq qanunun məqsəd və funksiyaları öz əksini tapmayıb.
Yalnız təqdimatçılar qeyd edir ki, bu qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks edilməsidir. Növbəti cümlədə deyirlər ki, bu qiymətlərin artmasına təsir etməyəcək.
Bu xidmət sahəsində olan adamların çıxışlarında da göstərilib ki, istilik, su və sair sahələrdə xərclər əhaliyə satılan qiymətlərdən xeyli çoxdur. Burda belə məntiq çıxır ki, əgər xərclərin dəqiqləşdirilməsidirsə, deməli bu indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq”.