ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Ağ Ev"də keçirdiyi brifinqdə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri müharibənin dayandırılması ilə bağlı razılaşma çərçivəsində blokadanın aradan qaldırılması məqsədilə ondan çox gəminin İran limanlarına keçidinə icazə verib.
"PostMedia" xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.
Vens qeyd edib ki, əldə olunan razılaşma nəticəsində Hörmüz boğazından daha çox neft daşınır və çərşənbə axşamı axşamına olan məlumata görə, tranzitin həcmi gündəlik 12,5 milyon barreli keçib.
“Beləliklə, biz də razılaşmanın ilkin mərhələsində hərbi sahə üzrə üzərimizə düşən öhdəlikləri yerinə yetiririk”, – deyə o bildirib.
Vitse-prezident əlavə edib ki, bu göstərici razılaşmanın birbaşa nəticəsidir və sazişin İrana sərfəli olduğu barədə səslənən tənqidlərə baxmayaraq əldə olunub.
Vens həmçinin İranla bağlı saziş ətrafında aparılan danışıqlarda iştirak etmək üçün İsveçrəyə səfər etməyi planlaşdırdığını bildirib. Lakin onun səfərinin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
