6°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes

Avstraliya Ukraynaya silah alınması üçün daha 70 milyon dollar ayıracaq

19-iyun-2026
Avstraliya Ukraynaya silah alınması üçün daha 70 milyon dollar ayıracaq
Yazı Ölçüsü:

Avstraliya Ukraynaya silah və sursat alınması məqsədilə əlavə 100 milyon Avstraliya dolları (təxminən 70 milyon ABŞ dolları) ayıracaq.

"PostMedia" xəbər verir ki, bu barədə iyunun 19-da Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri Riçard Marls məlumat verib.

Ölkənin Müdafiə Nazirliyinin saytında dərc olunan açıqlamada bildirilib ki, ayrılan vəsait NATO-nun dəstəyi ilə yaradılmış "Prioritised Ukraine Requirements List (PURL)" mexanizmi vasitəsilə həyati əhəmiyyətli hərbi avadanlıqların alınmasına yönəldiləcək.

“Avstraliya hökuməti Ukraynaya həyati əhəmiyyətli hərbi texnika üçün əlavə 100 milyon Avstraliya dolları məbləğində yardım göstərəcək. NATO ilə tərəfdaşlıq çərçivəsində Avstraliya Ukraynanın vacib hərbi avadanlıqlarla, o cümlədən hava hücumundan müdafiə imkanları və sursatlarla təmin olunmasına dəstək verir”, – deyə açıqlamada qeyd olunub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930