6°C Bakı
1$ = 1.70₼
Parlament xəbərləri

Elçin Mirzəbəyli: "Regionalarda məktəb direktorları reket jurnalistikasını yenidən bərpa edir"

11-iyun-2025
Elçin Mirzəbəyli: "Regionalarda məktəb direktorları reket jurnalistikasını yenidən bərpa edir"
Yazı Ölçüsü:
“Biz son günlər mətbuatda müəllimlər bağlı neqativ paylaşımlar görürürük. Əslində müəllim təmmənnasız xidmət etməlidir, bu məsələnin başqa tərəfidir".
"PostMedia" xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən müzakirələrdə deputat Ceyhun Məmmədov deyib.
"Amma nəzərə alaq ki, problem təkcə məktəblərdə deyil. Məktəblərlə və müəllimlərlə bağlı yayımlanan neqativ məlumatlar onların faəliyyətinə mənfi təsir edir. Mətbuatı bu məsələdə diqqətli olmağa çağırırıq”, - deputat bildirib.
Deputat Elçin Mirzəbəyli də ona cavab olaraq bildirib ki, burada günahkar mətbuat deyil, həmin məktəblərin direktorlarının reket jurnalistlərlə olan münasibətindən belə hallar baş verir.
“Jurnalistləri günahlandırmaq doğru deyil. O tip videoları çəkən jurnalistlər deyil. Elə həmin məktəbin içindəkilərdir. Bu istiqamətdə tədbir görmək lazımdır. Regionalarda məktəb direktorları reket jurnalistikasını yenidən bərpa edir”, - Mizəbəyli qeyd edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930