6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Aqro

Azərbaycan 2025-ci ildə Rusiyaya meyvə və tərəvəz tədarükünü təxminən 18 % artırıb

15-may-2026
Azərbaycan 2025-ci ildə Rusiyaya meyvə və tərəvəz tədarükünü təxminən 18 % artırıb
Yazı Ölçüsü:

Azərbaycan 2025-ci ildə Rusiyaya 700,6 min ton meyvə-tərəvəz məhsulu tədarük edib ki, bu da 2024-cü illə müqayisədə 17,8 % yaxud 594,8 min ton çoxdur.

"PostMedia" xəbər verir ki, bu barədə “Rosselxoznadzor” qurumunun rəhbəri Sergey Dankvertlə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin görüşünün nəticələrinə əsasən məlumat verilib.

Bu göstəricilər “Argus-Fito” fitosanitar nəzarət sistemində qeydə alınıb.

2026-cı ilin əvvəlindən isə 155,2 min ton məhsul tədarük olunub. Bununla yanaşı, soğan idxalı 12,3 dəfə artaraq 22 tondan 271 tona, çiyələk idxalı 4,3 dəfə artaraq 1,9 min tondan 8,1 min tona, kartof idxalı 41,9 faiz artaraq 4,8 min tondan 6,7 min tona, armud idxalı isə 37,4 faiz artaraq 2 min tondan 2,7 min tona çatıb.

Digər məhsulların tədarükündə də artım müşahidə olunur. “VetİS” sisteminin 8 may 2026-cı il tarixinə olan məlumatına görə, ilin əvvəlindən Azərbaycandan Rusiyaya 3,9 min ton balıq və dəniz məhsulları idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz çoxdur (2,8 min ton).

Eyni zamanda Rusiya Azərbaycana heyvan ixracını artırır. 2025-ci ildə Azərbaycana 63,8 min baş iribuynuzlu heyvan ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 1,6 dəfə çoxdur (38,6 min baş). Bundan başqa, 116,7 min baş xırdabuynuzlu heyvan ixrac edilib ki, bu da altı dəfə artım deməkdir.

Azərbaycan tərəfinin iribuynuzlu və xırdabuynuzlu heyvan idxalına maraq göstərməsi ilə əlaqədar Sergey Dankvert heyvanların identifikasiyası, epizootik vəziyyətin monitorinqi və sərhəddə baytarlıq nəzarəti istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin Rusiyanın vaksin tədarükünə hazır olduğunu bildirib və “Rosselxoznadzor”un Rusiya və xarici istehsal olan vaksinlərin, yem əlavələrinin və bir sıra farmasevtik substansiyaların keyfiyyəti və istehsalı üzərində gücləndirilmiş nəzarət həyata keçirdiyini vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031