Avropa İttifaqı (Aİ) "Alphabet" şirkətinə ("Google"un ana şirkəti) böyük cərimə tətbiq etməyi planlaşdırır. Cərimə “üçrəqəmli yüksək milyon avro” həcmində olacaq (yəni təxminən 1 milyard avroya yaxın)
"PostMedia" xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti Avropa Komissiyasındakı mənbələrə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, qərar layihəsi üzrə işlər son mərhələdədir və rəsmi açıqlamanın Avropa Komissiyasının yay tətilinə qədər verilməsi gözlənilir.
"Handelsblatt" əlavə edir ki, bu, Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində indiyə qədər tətbiq edilən ən böyük cərimələrdən biri olacaq.
2025-ci ilin martında başlayan araşdırma "Google"un axtarış nəticələrində öz xidmətlərinə üstünlük verməsi ilə bağlı şübhələrlə əlaqədardır. Tənzimləyicilər şirkətin axtarış sisteminin Avropa qanunvericiliyinə tam uyğunlaşdırılmasını tələb edirlər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
