N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstanda əcnəbilər üçün yeni qaydalar və cərimələr qüvvəyə minir

01-oktyabr-2025
Turan Hüseynli
Gürcüstanda əcnəbilər üçün yeni qaydalar və cərimələr qüvvəyə minir
Yazı Ölçüsü:
Oktyabrı 1-dən etibarən Gürcüstanda yeni qaydalar qüvvəyə minir.
"PostMedia" xəbər verir ki, bu qaydalar ölkədə qalma müddətini pozan əcnəbilər üçün daha yüksək cərimələr və sadələşdirilmiş deportasiya prosedurlarını nəzərdə tutur.
Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, cərimələr bir neçə dəfə artırılıb. Belə ki, bu ölkədə qalma müddətinin 3 aya qədər gecikdirilməsinə görə cərimə 6 dəfəyə qədər artırılaraq 180 laridən (təxminən 113 manat) 1 000 lariyə (təxminən 627 manat) çatdırılıb. Bundan əəlavə ölkəyə girişə 6 ay qadağa tətbiq edilib. Halbuki bundan öncə yalnız cərimə var idi.
Gürcüstanda qalma müddəti 3 aydan 1 ilə qədər pozuntuya görə də cərimələr də 6 dəfəyə qədər artırılaraq 360 laridən (təxminən 226 manat) 2 000 lariyə yəni təxminən 1255 manata qaldırılıb. Eyni zamanda ölkəyə girişə 2 il qadağa müəyyən edilib.
Dəyişikliyə əsasən, 1 ildən çox gecikməyə görə, cərimələr 3 000 lari yaxud 1882 manat cərimə, ölkəyə girişə isə 3 il qadağa tətbiq edilib.
Tranzit qaydalarının pozulması əcnəbilərə 500 lariyə (təxminən 314 manat) başa gələcək. Bundan başqa, Gürcüstanda əcnəbiləri qanuni prosedurlardan yan keçərək xidmət üçün dəvət edən fiziki və hüquqi şəxslər əvvəllər yalnız xəbərdarlıq alırdılarsa, indi 2 000 lari (əvvəl 1 000 lari) cərimə olunacaqlar.
Gürcüstan Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə məhkəmə bu ölkədə cinayət törətmiş əcnəbilərə deportasiya ilə yanaşı ölkəyə giriş qadağası da tətbiq edə biləcək.
Az ağır cinayətlərə görə, 2 ildən 10 ilə qədər, ağır və xüsusilə ağır cinayətlərə görə 5 ildən 20 ilə qədər və ya müddətsiz ölkəyə giriş qadağan edilə bilər.
İnzibati xətalara görə ölkəyə giriş qadağası 5 ildən çox ola bilməz.
Gürcüstan hökuməti yeni qaydaları qeyri-leqal miqrasiyaya nəzarəti gücləndirmək və sığınacaq prosedurlarında sui-istifadələrin qarşısını almaq zərurəti ilə izah edir.
Parlament bu dəyişiklər paketini iyul ayında təsdiqləyib. Yeniliklər, o cümlədən “Beynəlxalq müdafiə haqqında” qanun olmaqla, ümumilikdə 18 qanuna şamil olunub.
Kateqoriyalar