Deputat Afət Həsənova Milli Məclisin bu gün keçirən iclasında rayonlarda məktəbəqədər hazırlıq prosesinin daha çox ödənişli olmasından gileynəlib.
"PostMedia" xəbər verir ki, bu barədə deputat çıxışında bildirib.
“Bakı ilə müqayisədə rayonlarda məktəbəqədər təhsil üçün şərait çox da yaxşı deyil. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Valideynlər rayonlarda ödənişli kurlslarla bağlı maliyyə problemlərinin olduğunu səsləndirirlər”, - deputat bildirib.
Deputat eyni zamanda təklif edib ki, Elm və Təhsil Nazirliyi özəl bağçalarda keçirilən proqrama nəzarət etsin.