6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Kadırov ABŞ və İsraili islam dünyasını parçalamağa cəhddə ittiham edib

12-mart-2026
Turan Hüseynli
Kadırov ABŞ və İsraili islam dünyasını parçalamağa cəhddə ittiham edib
Yazı Ölçüsü:
Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, müqəddəs Ramadan ayında İrana qarşı ABŞ və İsrailin hücumları islam dünyasında parçalanma yaratmaq məqsədi daşıyır.
"PostMedia" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.
Kadırov yazıb ki, Ramazan ayında İran üzərinə hücum etməklə ABŞ və İsrail bütün islam dünyasında ixtilaf yaratmağa çalışıb.
Onun sözlərinə görə, hücum nəticəsində İranın ali dini lideri Əli Xamenei, onun ailə üzvləri, Minab şəhərindəki orta məktəbin 168 şagirdi və çoxlu sayda mülki şəxs həlak olub.
Kadırov həmçinin iddia edib ki, ABŞ və İsrail Tehranı qəsdən cavab zərbəsi verməyə təhrik edərək münaqişəyə üçüncü ölkələri cəlb etməyə çalışıblar. Onun sözlərinə görə, ABŞ bazalarına qarşı cavab hücumu “gözlənilən müdafiə reaksiyası” idi, lakin mülki infrastruktura hücumlar və mülki itkilər “heç bir halda əsaslandırıla bilməz”.
Çeçenistan rəhbəri həmçinin Məhəmməd bin Zayed Əl Nəhyanın mövqeyini dəstəklədiyini bildirib. BƏƏ prezidenti ölkəyə İran tərəfindən zərbələr endirildikdən sonra müharibə vəziyyəti elan edildiyini və vətəndaşların qorunmasının vacibliyini vurğulamışdı.
Kadırov qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri tarixən qonşularına qarşı hərbi iddialar irəli sürməyib, lakin əhalini qorumaq üçün tədbirlər görməyə məcbur olub. O, həmçinin Ərəb Körfəzi ölkələrini öz fəaliyyətlərini koordinasiya etməyə çağırıb.
Kateqoriyalar