Rusiyanın İvanovo vilayətində Azərbaycan icmasının rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.
"PostMedia" xəbər verir ki, bu barədə “Tsarqrad” telekanalı məlumat yayıb.
Məlumata görə, sosial şəbəkələrdə və mediada yaranan rezonansdan sonra Məmmədov “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətə görə” vətəndaşlıqdan çıxarılıb. O, daha əvvəl şəhər şurasına namizədliyini irəli sürmüş, lakin seçicilərlə görüş zamanı etdiyi uğursuz çıxışdan sonra namizədliyini geri götürməyə məcbur olmuşdu.
Telekanalın şərhinə görə, baş verənlər cəmiyyətdə ciddi narazılıq doğurduqdan sonra məsələ yenidən gündəmə gətirilib və nəticədə hüquqi tədbir görülüb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
