6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Putin Prezident İlham Əliyevə zəng edəndən sonra BƏƏ Prezidenti ilə danışıb

11-mart-2026
Admin
Putin Prezident İlham Əliyevə zəng edəndən sonra BƏƏ Prezidenti ilə danışıb
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin və və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nahyan Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, liderlər Yaxın Şərq regionunda yaranmış və getdikcə daha təhlükəli xarakter alan vəziyyət ətrafında fikir mübadiləsini davam etdiriblər. Bildirilib ki, bu gərginlik İran və bir sıra ərəb ölkələri üçün ciddi nəticələrə səbəb olur.
Putin münaqişənin daha da eskalasiya etməsinin qarşısının alınmasının və problemin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.
Rusiya prezidenti, həmçinin BƏƏ prezidentinə Əmirliklərdə yaşayan çoxsaylı Rusiya vətəndaşlarına göstərilən yardım və dəstəyə görə xüsusi təşəkkürünü bildirib.
Putin Məhəmməd bin Zayed Al Nəhyanı 65 illik yubileyi münasibətilə də təbrik edib, ona möhkəm cansağlığı, rifah və gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, BƏƏ liderinin Rusiya ilə Əmirliklər arasında strateji tərəfdaşlığın möhkəmlənməsində böyük şəxsi rolu var.
Tərəflər həmçinin məmnunluqla vurğulayıblar ki, Rusiya–BƏƏ dostluq münasibətləri bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir.
Kateqoriyalar