6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Parlament xəbərləri

Azərbaycan nümayəndələri Qazaxıstanda konstitusiya referendumu üzrə müşahidə aparacaq

10-mart-2026
Türkan Nəbi
Azərbaycan nümayəndələri Qazaxıstanda konstitusiya referendumu üzrə müşahidə aparacaq
Yazı Ölçüsü:
Qazaxıstanda martın 15-də keçiriləcək yeni konstitusiya ilə bağlı referendumun gedişini müşahidə edəcək beynəlxalq nümayəndə heyətində Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri də iştirak edəcək.
"PostMedia" xəbər cerir ki, bu barədə Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının sədri Nurlan Abdırov məlumat verib.
Onun sözlərinə görə, referendumun müşahidəsində müxtəlif ölkələrin seçki qurumlarının rəhbərləri və nümayəndələri iştirak edəcək. Onların arasında Azərbaycan, Albaniya, Ermənistan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan və Türkiyənin seçki komissiyalarının sədrləri və nümayəndələri də olacaq.
Abdırov bildirib ki, ümumilikdə referendumda müşahidəçi qismində 38 ölkədən və 11 beynəlxalq təşkilatdan nümayəndələr iştirak edəcək.
Ümumilikdə 359 xarici müşahidəçi referendumun keçirilməsini izləyəcək.
Qazaxıstanda yeni konstitusiya ilə bağlı referendum martın 15-də baş tutacaq.
Kateqoriyalar