6°C Bakı
1$ = 1.70₼
Məhkəmə

Paşinyana alma atan şəxsə bəraət verilib

11-mart-2026
Paşinyana alma atan şəxsə bəraət verilib
Yazı Ölçüsü:
Ermənistanın Baş naziri Nikol Paşinyana alma atan Albert Arstamyan barədə çıxarılmış bəraət hökmü Apellyasiya Cinayət Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılıb.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan məlumat verib.
Xatırladaq ki, Arstamyan İrəvanın Kanaker-Zeytun inzibati rayonunda, Rubinyants 2 ünvanında yerləşən binalardan birinin 9-cu mərtəbəsindən baş nazir Nikol Paşinyanın istiqamətinə alma atmışdı.
Məlumata görə, Albert Arstamyan 72 yaşlı Qarabağdan olan ermənidir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930