6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Dövlət Agentliyi internet provayder barəsində araşdırmalara başladı

10-mart-2026
Dövlət Agentliyi internet provayder barəsində araşdırmalara başladı
Yazı Ölçüsü:
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi internet provayder şirkəti olan “ULTEL” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə araşdırmalara başlayıb.
"PostMedia" xəbər verir ki, agentliyin öz təşəbbüsü ilə başladılan araşdırma rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlıdır.
Araşdırmanın predmeti isə Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarından ibarətdir.
Qeyd edək ki, təbii inhisar subyektləri sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada və qaydada rəqabət orqanına təqdim etməlidirlər./iqtisadiyyat.az
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930