6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

OBA marketdə məhsul etiketdə göstərilən qiymətdən baha satılıb

07-mart-2026
OBA marketdə məhsul etiketdə göstərilən qiymətdən baha satılıb
Yazı Ölçüsü:
Bakıda Memar Əcəmi metrostansiyası yaxınlığında fəaliyyət göstərən OBA marketlər şəbəkəsinin mağazalarından birində üzərində 1,95 manat qiymət göstərilən məhsul müştəriyə 2,50 manata satılıb.
Müştərinin sözlərinə görə, satıcı məbləğ kassaya vurulduqdan sonra geri qaytarılmasının mümkün olmayacağını israrla bildirib və alıcı ilə kobud formada danışıb.
Məsələ ilə bağlı OBA marketlər şəbəkəsinə sorğu göndərilsə də, xəbərin dərc olunduğu vaxta qədər cavab verilməyib. Cavab təqdim olunacağı təqdirdə yayımlanacaq.
Eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə qiymət pozuntusu ilə bağlı sorğu ünvanlanıb./Anews.az
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930