UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın "Bayer Leverkusen" klubu İngiltərənin "Arsenal" komandasını qəbul edib.
"PostMedia" xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 46-cı dəqiqədə “Bayer”in alman yarımmüdafiəçisi Robert Andriç açıb.
“Arsenal” isə oyunun sonlarında bərabərlik qolunu vurmağı bacarıb. 89-cu dəqiqədə alman hücumçu Kai Havertz penaltidən dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
Komandalar arasında cavab oyunu martın 17-də keçiriləcək və həmin qarşılaşma 1/4 finala yüksələcək komandanı müəyyənləşdirəcək.
