İran XİN rəhbəri ABŞ-yə qarşı preventiv zərbə planı iddialarını təkzib edib
11-mart-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İranın xarici işlər naziri Abbas Araqçi Tehranın ABŞ-yə qarşı preventiv zərbə endirməyə hazırlaşdığı barədə səsləndirilən iddiaları təkzib edib.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, İranın ABŞ-yə və ya ABŞ qüvvələrinə qarşı hücum planlaşdırdığı barədə İsrail və ABŞ tərəfindən səsləndirilən iddialar həqiqətə uyğun deyil.
“İranın ABŞ-yə və ya ABŞ qüvvələrinə – istər preventiv, istərsə də başqa formada – hücum planlaşdırdığı barədə iddia tamamilə yalandır. Bu yalanın yeganə məqsədi İsrailin təşkil etdiyi və adi amerikalıların cibindən maliyyələşdirilən "epik səhv" əməliyyatını əsaslandırmaqdır”.
Bundan əvvəl İran XİN rəhbəri ABŞ-nin hərbi əməliyyatına verilən “Operation Epic Fury” (“Epik qəzəb əməliyyatı”) adını da istehza ilə tənqid edib və onu “Operation Epic Mistake” (“Epik səhv əməliyyatı”) adlandırıb.