Dmitriyev Floridada ABŞ rəsmiləri ilə görüşür - KİV
11-mart-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Russian Birbaşa İnvestisiya Fondunun baş direktoru və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev Floridada ABŞ administrasiyasının rəsmiləri ilə görüşlər keçirir.
"PostMedia" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Məlumata görə, danışıqlar Rusiya–ABŞ iqtisadi məsələlər üzrə işçi qrupu çərçivəsində baş tutur. Görüşlərdə iştirak edən tərəflərin siyahısı açıqlanmır.
Danışıqlardan xəbərdar olan mənbə TASS agentliyinə də Dmitriyevin ABŞ rəsmiləri ilə görüşdüyünü təsdiqləyib.
Dmitriyev martın 7-də bildirib ki, Moskvavə Vaşinqton hazırda Rusiya neftinin tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılmasını müzakirə edirlər.
O, bu barədə öz bloqunda yazıb. Bundan əvvəl ABŞ maliyyə naziri Skott Bessent "Fox Business" telekanalına müsahibəsində Vaşinqtonun Rusiya neftinin tədarükünə tətbiq olunan məhdudiyyətləri yumşalda biləcəyini istisna etmədiyini bildirmişdi.