6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək

05-mart-2026
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
Yazı Ölçüsü:

Azərbaycanın aparıcı şirkətlər qruplarından biri olan “Azərsun Holdinq” sosial məsuliyyət strategiyasına sadiq qalaraq, “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə əməkdaşlığa başlayır.

"PostMedia" xəbər verir ki, layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq” həssas qrupa aid uşaqların yaşadığı sığınacağın zəruri ehtiyaclarını təmin edəcək. Eyni zamanda, uşaqların təhsili, sosial bacarıqlarının inkişafı və fərdi potensiallarının üzə çıxarılması istiqamətində birgə layihələr həyata keçiriləcək.

“Azərsun Holdinq” üçün sosial məsuliyyət sadəcə korporativ siyasət deyil, bu, cəmiyyətə töhfə vermək və gələcəyin sağlam nəslinin formalaşmasına dəstək olmaq missiyasıdır.

Qeyd edək ki, tərəflər uzunmüddətli və davamlı təsir yaradacaq proqramların icrasını hədəfləyir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930