—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Ermənistan hökuməti 2026-cı il üçün sosial büdcəni azaldıb

26-fevral-2026
Türkan Nəbi
Ermənistan hökuməti 2026-cı il üçün sosial büdcəni azaldıb
Yazı Ölçüsü:
Ermənistan hökuməti fevralın 26-da keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulan sosial paketlərin verilməsi qaydası və həcmlərini dəqiqləşdirən qərar qəbul edib.
"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, bu qərar ictimai sektor əməkdaşlarının səhiyyə və istirahət ehtiyaclarının təmin edilməsinə yönəlib.
Qərar layihəsində qeyd olunur ki, məqsəd sosial paket üzrə ayrılan vəsaitlərin daha ünvanlı və dəqiq planlaşdırılmasıdır. Sənədə əsasən, proqram 133 mindən çox benefisiarı əhatə edir və ümumi büdcə 9,6 milyard dram (43,5 milyon manat) təşkil edir. Bu vəsait dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları üzrə bölüşdürüləcək.
Əvvəlki illərdən fərqli olaraq, bu dəfə əsas kimi qurumların təqdim etdiyi ilkin sifarişlər (təxminən 11 milyard dram - 49,9 milyon manat) deyil, ötən ilin faktiki xərcləri götürülüb. Hökumət bunu büdcə vəsaitlərinə qənaət etmək və onları “boş ştat vahidləri” üzrə planlaşdırmamaq zərurəti ilə əsaslandırır.
Lakin dəyişikliklərə Yerevan meriyasının tabeliyində olan məktəblərin və Metropolitenin əməkdaşlarının sosial paket vəsaitləri daxil edilməyib.
Hökumət bildirir ki, il ərzində boş ştatların doldurulması və ya struktur dəyişiklikləri baş verdiyi halda maliyyə çatışmazlığı yaranmayacaq. Əmək və sosial məsələlər nazirliyi zəruri yenidən bölgülər aparacaq.
İcraedici hakimiyyət vurğulayır ki, dəyişikliklərin əsas məqsədi dövlət sektorunda çalışanların motivasiya səviyyəsini artırmaq və sosial təminatların davamlılığını qorumaqdır. Bu da o deməkdir ki, 2026-cı ildə sosial paket benefisiarları onlara göstərilən xidmətlərdən fasiləsiz şəkildə istifadə etməyə davam edəcəklər.
Kateqoriyalar