6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Rusiya vətəndaşlarının təxliyəsinə görə Overçuk Azərbaycan prezidentinə təşəkkürünü bildirib

02-mart-2026
Rusiya vətəndaşlarının təxliyəsinə görə Overçuk Azərbaycan prezidentinə təşəkkürünü bildirib
Yazı Ölçüsü:
İrandakı gərgin vəziyyət fonunda Rusiya vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyəsi davam edir. "PostMedia" xəbər verir ki, ümumilikdə 500-dən çox Rusiya vətəndaşı İrandan Azərbaycana çıxış üçün qeydiyyatdan keçib. Rusiya səfirliyi Azərbaycan hakimiyyət orqanları ilə sıx koordinasiya şəraitində təxliyə prosesində həmvətənlərə hərtərəfli dəstək göstərildiyini bildirib.
Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçuk Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşdə Rusiya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərilən operativ yardım və dəstəyə görə Azərbaycan rəhbərliyinə, hökumətinə və Xarici İşlər Nazirliyinə minnətdarlığını ifadə edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930