6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Bloomberg: Rusiya Yaxın Şərq müharibəsinin əsas qalibi ola bilər

10-mart-2026
Turan Hüseynli
Bloomberg: Rusiya Yaxın Şərq müharibəsinin əsas qalibi ola bilər
Yazı Ölçüsü:

Rusiya faktiki olaraq Yaxın Şərqdəki münaqişənin ilk böyük benefisiarına çevrilib.

"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır. Qeyd olunur ki, münaqişə fonunda dünya bazarında neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalxıb.

Kremlin əldə etdiyi iqtisadi üstünlüklərin yaxın vaxtlarda dövlət gəlirlərində də özünü göstərməsi gözlənilir. Bu, Ukraynanın pilotsuz uçuş aparatının zərbəsi nəticəsində zədələnmiş Qara dənizdəki ixrac terminalı bərpa edildikdən sonra daha aydın hiss olunacaq.

Moskva vəziyyətdən ikiqat fayda əldə edir. Bir tərəfdən qlobal neft qiymətlərinin artması Rusiyanın ixrac etdiyi neftin qiymətini yüksəldir. Digər tərəfdən isə ABŞ tariflərinin müvəqqəti ləğvi Hindistanın emal zavodlarına artıq tanker gəmilərində saxlanılan rus neftini almağa imkan verərək əlavə üstünlük yaradır.

Bu addım rus nefti daşıyan və hazırda boş qalan tanker gəmilərinin yükünü azaltmağa kömək edə bilər. Əgər Yaxın Şərqdən Hörmüz boğazı vasitəsilə neft daşınması tezliklə bərpa olunmasa, sanksiyaların daha da yumşaldılması ehtimalı da istisna edilmir.

Bununla belə, Rusiya prezidenti Vladimir Putin ölkənin enerji şirkətlərini bu vəziyyətdən ağıllı şəkildə istifadə etməyə çağırıb. O xəbərdarlıq edib ki, “xammalın hazırkı yüksək qiymətləri, şübhəsiz ki, müvəqqətidir.”

Kateqoriyalar