N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya Ermənistana və Azərbaycana yardım etmək niyyətində olduğunu açıqlayıb

21-noyabr-2025
Türkan Nəbi
Rusiya Ermənistana və Azərbaycana yardım etmək niyyətində olduğunu açıqlayıb
Yazı Ölçüsü:

Noyabrın 21-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiyadakı Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Görüş zamanı tərəflər 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyətinə dair Bəyannaməyə uyğun olaraq ikitərəfli əlaqələrin inkişafına davam etmək barədə qarşılıqlı öhdəliklərini bir daha təsdiqləyiblər. Yüksək səviyyəli təmasların qrafiki müzakirə olunub. İkitərəfli iqtisadi əməkdaşlığın inkişafında əldə olunan uğurlar, eləcə də mədəni və humanitar əlaqələrin tam şəkildə bərpasının vacibliyi vurğulanıb.

Rusiya tərəfi bu il iyunun 30-dan iyulun 1-nə qədər Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad olunmasının ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd edib.

Tərəflər regional məsələləri də ayrıca müzakirə ediblər. Bu çərçivədə 2020–2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş bir sıra üçtərəfli razılaşmalara əsaslanaraq Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində Rusiyanın mümkün yardım imkanları nəzərdən keçirilib. Həmçinin “3+3” regional əməkdaşlıq formatının fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı məsələlər də müzakirə olunub”, – deyə məlumatda bildirilir.

Kateqoriyalar