6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Sergey Şoyqu: “Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayıb”

05-noyabr-2025
Sergey Şoyqu: “Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayıb”
Yazı Ölçüsü:

“Ermənistan və Azərbaycan arasında hələ tam tənzimlənməmiş münasibətlərin nizamlanmasında Rusiyanın töhfəsi əhəmiyyətli olub”.
PostMedia” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
“Bütün bu müddət ərzində Rusiya vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edib,” – deyə Şoyqu vurğulayıb.
MDB ölkələrinə yönəlmiş təhlükələrdən danışarkən o qeyd edib ki, Cənubi Qafqazda vəziyyət də əhəmiyyətli dərəcədə sabitləşib.
“Burada iştirak edən ölkələrin, eləcə də bu məsələyə cəlb olunmuş dövlətlərin böyük payı var. Təbii ki, mən Rusiyanı nəzərdə tuturam, çünki bəziləri elə düşünə bilər ki, son illərdə bir-birinin ardınca münaqişələri yalnız Birləşmiş Ştatlar həll edib. Amma bu, belə deyil,” – deyə Şoyqu əlavə edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930