6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Əmək miqrantları işlərini bitirdikdən sonra Rusiyanı tərk etməlidirlər — Medvedev

23-oktyabr-2025
Əmək miqrantları işlərini bitirdikdən sonra Rusiyanı tərk etməlidirlər — Medvedev
Yazı Ölçüsü:
"Əmək miqrantları Rusiyada yalnız əmək müqaviləsinin şərtlərinə ciddi şəkildə əməl etməli və işlərini başa vurduqdan sonra ölkəni tərk etməlidirlər". "PostMedia" “Kommersant”a istinadən xəbər verir ki, bunu miqrasiya məsələlərinə həsr olunan müşavirə zamanı Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
“Bizə lazımdır ki, burada olan hər bir şəxs gəlişlərinə səbəb olan əmək müqaviləsinin şərtlərinə ciddi şəkildə əməl etsin və müvafiq olaraq tapşırıqlarını başa vurduqdan sonra ölkəni tərk etsin”, — Medvedev deyib.
Onun sözlərinə görə, bu tədbir qarşıdurmaların qarşısını almağa və cəmiyyətdə gərginliyi azaltmağa kömək edəcək.
Medvedev qeyd edib ki, nəzarətsiz və qanunsuz miqrasiya “terrorizm və ekstremist təşkilatlar üçün həddən artıq əlverişlidir və tamamilə qəbuledilməzdir”. O əlavə edib ki, hazırda Rusiya Daxili İşlər Nazirliyi bu istiqamətdə mühüm rol oynayır.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930