6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Türkiyə Milli Müdafiə Nazirliyi: "Vətən müharibəsi şəhidlərini rəhmətlə anırıq"

25-sentyabr-2025
Türkiyə Milli Müdafiə Nazirliyi: "Vətən müharibəsi şəhidlərini rəhmətlə anırıq"
Yazı Ölçüsü:

Türkiyə Milli Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində şəhid olan həmvətənlərimizi dərin hörmət və ehtiramla yad edir, qazilərimizə isə minnətdarlığını bildirir.

"PostMedia" xəbər verir ki, bunu adıçəkilən Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin müşaviri və nazirliyin sözçüsü Zeki Aktürk İstanbuld akeçirilən mətbuat konfransında çıxış edərkən deyib.

O, Türkiyə Silahlı Qüvvələrinin dost və müttəfiq ölkələrdəki təlim-məsləhət fəaliyyətlərini uğurla davam etdirdiyini bildirərkən bu sözləri əlavə edib:

“Qəhrəman Azərbaycan ordusunun işğal altındakı öz torpaqlarını azad etmək məqsədilə başladığı və 44 gün davam edən "Vətən müharibəsi"nin beşinci ildönümü və "27 Sentyabr – Şəhidlərimizi Anma Günü" münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və minnətdarlıq, qəhrəman qazilərimizi isə ehtiram və təşəkkür hissi ilə yad edirik”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930