N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Gürcüstan hakimiyyəti Zelenskiyə “ağzını yaxalamağı" məsləhət görüb

25-sentyabr-2025
Turan Hüseynli
Gürcüstan hakimiyyəti Zelenskiyə “ağzını yaxalamağı" məsləhət görüb
Yazı Ölçüsü:
“Gürcü Arzusu” partiyasının lideri İrakli Karçxaliya BMT Baş Assambleyasında Gürcüstan barədə səsləndirdiyi fikirlərə görə Volodimir Zelenskini “marionetka” adlandırıb və ona “ağzını yaxalamağı” məsləhət görüb.
"PostMedia" xəbər verir ki,bu barədə Rustavi 2 telekanalı məlumat yayıb.
“Bu adını siyasətçi qoyan şəxs cürət edib növbəti dəfə Gürcüstan barədə mənfi danışıb. Bu marionetka ölkəmizi təhqir etməzdən və açıq-aşkar müharibəyə çağırmazdan əvvəl ağzını yaxalasın, sonra bizim ölkəmiz haqqında danışsın”, – deyə siyasətçi bildirib.
Xatırladaq ki, Zelenski çıxışında Avropanın “Gürcüstanı itirdiyini” və bu ölkədə insan haqları ilə bağlı vəziyyətin yalnız pisləşdiyini vurğulaylb.
Kateqoriyalar