N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp oktyabrda Yaponiyaya səfər edəcək

25-sentyabr-2025
Turan Hüseynli
Tramp oktyabrda Yaponiyaya səfər edəcək
Yazı Ölçüsü:
ABŞ Prezidenti Tramp bu ilin oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiyanın hökumət dairələrinə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin dəqiq tarixləri hələ razılaşdırılır. Trampən Yaponiyaya Cənubi Koreyaya gedərkən baş çəkəcəyi gözlənilir. ABŞ lideri 31 oktyabr – 1 noyabr tarixlərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək.
Bu, Trampın ikinci prezidentlik müddətində Yaponiyaya ilk səfəri olacaq. Kyodo xatırladır ki, oktyabrın sonuna qədər Yaponiyada istefaya gedən Siqeru İsibanın yerinə yeni baş nazir seçilmiş olacaq.
Kateqoriyalar