N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

BMT-də ilk dəfə Krımla bağlı sammit keçirilib

24-sentyabr-2025
Admin
BMT-də ilk dəfə Krımla bağlı sammit keçirilib
Yazı Ölçüsü:
Bu gün Nyu Yorda BMT Baş Assambleyası çərçivəsində 60-dan çox iştirakçı ilə qlobal "Krım Platforması Sammiti" sammiti baş tutub.
"PostMedia" xəbər verir ki, tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
Ukrayna Prezidenti çıxışında bildirib ki, Rusiya Qırımın qanunsuz ilhaqı ilə beynəlxalq normaların əsas qaydasını pozub. Bu, dünya üzrə bir çox digər qüvvələrə göstərdi ki, başqa bir dövlətin torpağını ələ keçirmək necə asan ola bilər. Lakin Qırım sadəcə bir torpaq parçası deyil – o, həyatın bir parçasıdır.
“Biz Krımı xatırlamalıyıq. Rusiya bilməlidir ki, biz xatırlayırıq, bağışlamayacağıq və beynəlxalq hüquq və əsas insan ədalətinin qalib gəlməsi üçün mübarizə aparırıq”.
O, həmçinin qeyd edib ki, müharibənin normal hala gəlməsinə imkan vermək olmaz. Rusiya istəklidir ki, müharibə “yeni normal” olsun, amma dünya buna göz yummamalıdır. İşğalçı işğal və müharibə cinayətlərinə görə cavabdeh tutulmalıdır, çünki bu müharibədə günahkar yalnız Rusiyadır.
Kateqoriyalar