London meri Sadiq Xan ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında onu “dəhşətli mer” adlandırmasına cavab verib.
"PostMedia" xəbər verir ki, Xan BBC-yə açıqlamasında Trampın öz davranışları ilə “irqçi, seksist, qadınlara qarşı ayrı-seçkilik edən və islamofob” olduğunu bir daha nümayiş etdirdiyini qeyd edib.
Tramp çıxışı zamanı Londonda guya “Şəriət qanunları ilə idarə olunmaq istəyi” olduğunu da iddia edib. Lakin Britaniya rəsmiləri bu fikirləri əsassız adlandırıb.
Nazirlər vurğulayıblar ki, İngiltərə və Uelsdə yalnız milli qanunlar qüvvədədir, dini şuraların qərarları isə hüquqi baxımdan məcburi deyil.
Xatırladaq ki, Tramp əvvəllər də dəfələrlə Sadiq Xanı tənqid edib və hətta onu “dünyanın ən pis merlərindən biri” adlandırmışdı.