N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Qazaxıstan və ABŞ 4 milyard dollarlıq lokomotiv müqaviləsi imzalayıb

22-sentyabr-2025
Türkan Nəbi
Qazaxıstan və ABŞ 4 milyard dollarlıq lokomotiv müqaviləsi imzalayıb
Yazı Ölçüsü:

Qazaxıstan ilə ABŞ arasında 4 milyard dollar dəyərində lokomotiv tədarükü barədə müqavilə imzalanıb.
PostMedia”nın xəbərinə görə, barədə ABŞ-ın ticarət naziri Hovard Lyutnik məlumat verib.

Onun sözlərinə görə, sövdələşmə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın tarixində ən böyük razılaşmadır və Amerika texnologiyalarından istifadə olunmaqla lokomotivlərin istehsalını nəzərdə tutur.

Lokomotivlər Avropa ilə Asiyanı birləşdirən nəqliyyat əlaqələrinin təmin edilməsində, o cümlədən ABŞ texnologiyalarına əsaslanan Orta Dəhlizin gücləndirilməsində istifadə ediləcək.

H.Lyutnik əlavə edib ki, bu müqavilə Texas və Pensilvaniyada minlərlə iş yerini dəstəkləyəcək və ABŞ ilə Qazaxıstan arasında tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Kateqoriyalar