6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Ermənistan sərhəd ştamplarından Ağrı dağının təsvirini çıxarır

15-sentyabr-2025
Ermənistan sərhəd ştamplarından Ağrı dağının təsvirini çıxarır
Yazı Ölçüsü:

Ermənilərin “Ararat” adlandırdığı Ağrı dağının rəsviri artıq bu ölkənin sərhəd keçidi ştamplarında yer almayacaq.

PostMedia” xəbər verir ki, yeni qaydalar noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edilən tarixdən etibarən ştamplarda dağın təsviri olan hissədə Erməni və İngilis dillərində “Ermənistan” sözü, sərhəd keçid məntəqəsinin adı, keçid tarixi və məntəqənin növünü (hava, dəmir yolu və ya avtomobil) göstərən işarələr olacaq.

Ekspertlər bu qərarın indiki Ermənistan rəhbərliyinin Türkiyə və Azərbaycanla kommunikasiyaların açılması istiqamətində atılan növbəti addımı hesab edirlər.

Qeyd edək ki, Ağrı dağı hazırda Türkiyə ərazisibdə yerləşir. Amma ermənilər illərdir ki, bu dağın onlara məxsus olması iddiası ilə çıxış edirlər.

Ağrı dağı 1921-ci il Moskva müqaviləsinə əsasən İrəvan quberniyasının Surmalu qəzasının bir hissəsi kimi Türkiyəyənin tabeliyinə keçib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930