6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Hindistan yenidən Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmasına qarşı çıxıb

01-sentyabr-2025
Hindistan yenidən Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmasına qarşı çıxıb
Yazı Ölçüsü:

Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb.

"PostMedia" xəbər verir ki, bu barədə "AnewZ"a  məlumat yayıb.

Pekin Çində keçirilən ŞƏT sammitində Azərbaycanın ərizəsini dəstəklədiyini təsdiqləyib və onun "Şanxay ruhu" prinsiplərinə uyğun olduğunu qeyd edib.

"Öz növbəsində, vəziyyətlə tanış olan rəsmi şəxslər "AnewZ"a bildiriblər ki, Hindistanın qərarı çoxtərəfli diplomatiya və "Şanxay ruhu" prinsiplərinə ziddir. Bu prinsiplər ikitərəfli mübahisələrin çoxtərəfli platformalara köçürülməsinin yolverilməzliyini nəzərdə tutur. Bu məlumatlara əsasən, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə sıx bağlıdır", - telekanal qeyd edib.

Telekanalın müsahiblərindən biri qeyd edib ki, belə addımlar Azərbaycanın strateji kursunu dəyişmir, yalnız Hindistan siyasətinin məhdudluğunu nümayiş etdirir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930