—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib

03-iyul-2025
Türkan Nəbi
ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib
Yazı Ölçüsü:

ABŞ-nin Azərbaycandakı səfirliyinin yeni müvəqqəti işlər vəkili Emi Karlo (Amy Carlo) bu həftə Bakıya gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "Facebook" hesabında məlumat yayıb.

Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürmüşdür. O, ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.

O, iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. O, İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.

Emi xanım Oklahoma Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyə başlayıb. O, iyun 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Kateqoriyalar