6°C Bakı
1$ = 1.70₼
Rəsmi xəbərlər

Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidə başsağlığı verib

18-iyul-2025
Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidə başsağlığı verib
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı verib.
"PostMedia" xəbər verir ki, başsağlığında deyilir:
Hörmətli cənab Prezident,
Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930