6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Komanda

Tofiq Musayev bu vəzifəyə seçildi

08-dekabr-2025
Tofiq Musayev bu vəzifəyə seçildi
Yazı Ölçüsü:

Azərbaycan MMA və Qrapplinq Federasiyasının ümumi yığıncağı keçirilib.

"PostMedia" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə gündəliyə uyğun olaraq Azərbaycan MMA və Qrapplinq Federasiyasının Nizamnaməsinin yeni redaksiyası səsvermə yolu ilə qəbul edilib.

Federasiyanın 2025-ci ildə görülmüş işləri, idman yekunları və digər məsələlər səsvermə ilə təsdiqlənib. Ardınca Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib. O, göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov çıxış edərək federasiyanın inkişafı üçün birgə fəaliyyətin vacibliyini qeyd edib.

Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yeni seçilmiş rəhbərliyi təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb./sportinfo.az

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930