N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Komanda

Avropa Şahmat Çempionatı: Ermənistan komandaları Azərbaycan yığmasına məğlub oldu

10-oktyabr-2025
Turan Hüseynli
Avropa Şahmat Çempionatı: Ermənistan komandaları Azərbaycan yığmasına məğlub oldu
Yazı Ölçüsü:

Batumidə (Gürcüstan) keçirilən Avropa komanda şahmat çempionatının 6-cı turunda Ermənistanın həm kişi, həm də qadın yığmaları Azərbaycan komandalarına məğlub olub.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, kişilər arasında görüş 1,5:2,5 hesabı ilə Azərbaycanın xeyrinə başa çatıb.

Ermənistan komandasının birinci taxtasında çıxış edən Şant Sarkisyan qara fiqurlarla Şəhriyar Məmmədyarova uduzub.

Robert Hovhannisyan Rauf Məmmədovla heç-heçə oynayıb. Hayk Martirosyan Eltac Səfərlidən yarım xal alıb. Aram Akopyan isə Aydın Süleymanlıya məğlub olub.

Bu nəticədən sonra Ermənistan komandası 7 xalla 11–15-ci yerləri bölüşür. Turnir cədvəlinə 11 xalla Ukrayna liderlik edir.

Qadınlardan ibarət Ermənistan yığması da Azərbaycan komandasına qarşı görüşdə 1:3 hesabı ilə məğlub olub.

Mariam Mkrtçyan və Elina Danielyan yarım xal qazanıb. Lilit Mkrtçyan və Mariya Gevorkyan isə məğlubiyyətlə üzləşib.

Qadınlardan ibarət Ermənistan komandası 7 xalla hazırda 9-cu yerdə qərarlaşıb. Lider mövqedə 10 xalla Polşa yığmasıdır.

Qeyd edək ki, Avropa çempionatında ümumilikdə 9 tur keçiriləcək.

Kateqoriyalar