6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Starmmer partiya daxilində artan təzyiqlər fonunda istefa variantını nəzərdən keçirə bilər - "The Times"

19-iyun-2026
Starmmer partiya daxilində artan təzyiqlər fonunda istefa variantını nəzərdən keçirə bilər - "The Times"
Yazı Ölçüsü:


Böyük Britaniyanın baş naziri Kir Starmer öz partiyası daxilində artan təzyiqlərlə üzləşir və guya istefa vermək imkanını nəzərdən keçirir.

"PostMedia" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Nəşr yazır ki, siyasətçi güclənən narazılığı anlayır və gözlənilir ki, yaxın həftəsonunu ailəsi ilə birlikdə növbəti addımları müzakirə etməyə həsr edəcək. Bundan sonra o, baş nazir vəzifəsində fəaliyyətini davam etdirib-etdirməmək barədə qərar verəcək.

Həmçinin bildirilir ki, yaxın vaxtlarda Starmer, ehtimal ki, ictimai fəallığını azaldacaq, onun kommunikasiya komandası isə nüfuz risklərinin azaldılması və siyasi vəziyyətin sabitləşdirilməsi üçün plan hazırlayır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930