Azərbaycan və Türkiyə hərbi logistika sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş görüş keçirib, görüşün yekununda işçi protokolu imzalanıb.
"PostMedia" xəbər verir ki, görüş zamanı tərəflər silahlı qüvvələrin logistika təminatı məsələlərini, o cümlədən maddi-texniki vasitələrin daşınmasını, təchizatın təşkili, tibbi təxliyə və səhra bölmələrinin dəstəklənməsini müzakirə ediblər.
Həmçinin müasir münaqişələrdə hərbi logistikanın rolu, zəif nöqtələrin müəyyənləşdirilməsi və qoşunların təchizat müstəqilliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Məlumata görə, Türkiyə nümayəndə heyəti Azərbaycanın hərbi hissələrindən birində logistika təşkilatının vəziyyəti ilə də tanış olub.
Görüşdən sonra tərəflər bu sahədə əməkdaşlığın davam etdirilməsi niyyətlərini bir daha təsdiqləyiblər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
