Azərbaycan məhkəməsi Rusiya Federasiyasının səkkiz vətəndaşı barəsində hökm çıxarıb. Onlar xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli biliniblər.
"PostMedia" xəbər verir ki, bu barədə Emənistan və Rusiya KİV-ləri məlumat yayıb.
Təqsirləndirilən şəxslərdən dördü dörd il müddətinə, digər dörd nəfər isə üç il müddətinə azadlıqdan məhrum edilib.
Nəşrin məlumatına görə, məhkum olunanların hamısı 2025-ci ildə Moskva ilə Bakı arasında münasibətlərin gərginləşdiyi dövrdə saxlanılmışdı.
Bundan əvvəl bu iş üzrə ilk hökmlər aprel və may aylarında çıxarılmışdı. Aleksandr Vayser dörd il, İqor Zabolotski və İlnur Valitov isə kiberdələduzluq və çirkli pulların yuyulması ittihamları ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
