6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qəza

Böyük Britaniyada iki sərnişin qatarı toqquşub, ağır yaralananlar var

19-iyun-2026
Böyük Britaniyada iki sərnişin qatarı toqquşub, ağır yaralananlar var
Yazı Ölçüsü:

Bu gün axşam saatlarında Böyük Britaniyanın Bedford bölgəsində "East Midlands Railway" şirkətinə məxsus iki sərnişin qatarı toqquşub.

"PostMedia" "The Telegraph"a istinadən xəbə verir ki, ilkin məlumata görə, birinci qatar təhlükəsizlik sistemində yaranmış nasazlıq səbəbindən məcburi şəkildə dayanıb. Bundan sonra onun arxasınca gələn qatar önündəki qatara arxadan çırpılıb. Toqquşma nəticəsində vaqonlardan biri relsdən çıxıb.

Sərnişinlərdən bəziləri ağır xəsarətlər alıb. Hadisə şahidləri bildiriblər ki, yaralananlardan bəziləri vaqonların döşəməsində uzanmış vəziyyətdə olub və ətrafda qan izləri görünürdü.

Yaralananların dəqiq sayı hələ açıqlanmayıb. Hadisə yerində təcili yardım və digər fövqəladə xidmətlər işləyir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930