İyunun 19-da yerli vaxtla saat 19:17-də Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi tərəfindən Azərbaycanın ərazisində 40.30° şimal enliyi və 45.94° şərq uzunluğu koordinatlarında, 10 km dərinlikdə, 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
"PostMedia" Ermənistn KİV-lərinə istinadən xəbər verir ki, zəlzələnin episentrində yeraltı təkanların gücü 4-5 bal təşkil edib.
Yeraltı təkanlar Ermənistanın Geğarkunik vilayətinin Vardenis şəhərində, eləcə də Böyük Masrik, Geğamasar, Norakert və Sotk kəndlərində 2-3 bal gücündə hiss olunub.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
