ABŞ Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Mərkəzi (CDC) böyüklər üçün COVID-19 və uşaqlar üçün suçiçəyi peyvəndləri ilə bağlı tövsiyə cədvəllərində dəyişikliklər edib.
"PostMedia" "Los Angeles Times"ə istinadən xəbər verir ki, qurumun yeni icraçı direktoru Cim ONeilin açıqlamasına görə, 4 yaşdan kiçik uşaqlara daha əvvəl tətbiq edilən dörd xəstəliyə qarşı kombinə edilmiş peyvənd (suçiçəyi, qızılca, quduzluq və rubella (alman qızılcası)) artıq tövsiyə edilmir.
Bunun əvəzinə uşaqlara iki ayrı peyvənd vurulacaq. Onlardan biri yalnız "suçiçəyi"nə qarşı, digəri isə "qızılca", "quduzluq" və "rubella" əleyhinə olacaq,
Böyüklər üçün COVID-19 peyvəndi ilə bağlı əvvəlki tövsiyə də ləğv olunub. İndi 65 yaşdan kiçik böyüklərin peyvənd olunub-olunmaması fərdi qərarlaşdırmaya buraxılır və həkim, tibb bacısı və ya əczaçı ilə məsləhətləşmə əsasında qərar verilməlidir.
Dəyişikliklər uşaqlar üçün vaksinasiya proqramı, Uşaq Sağlamlığı Sığortası Proqramı, "Medicare və Medicaid" kimi mövcud immunizasiya proqramlarına təsir etməyəcək.
Amerikan Pediatriya Akademiyası dəyişiklikləri tənqid edib və kombinə peyvəndin atəşə səbəb olaraq febril qıcolma riskini artırmaq potensialını vurğulayıb. Yeni CDC məsləhətçilərinin bəzi hallarda məlumatları düzgün təqdim etmədiyi və anti-peyvənd mövqelərinə bənzər yanaşmalar sərgilədiyi bildirilib.
Amerikan Ailə Həkimləri Akademiyası böyüklərin, xüsusilə risk qruplarında olanların, COVID-19 peyvəndini yeniləməsini tövsiyə edir. Kaliforniya Səhiyyə Departamenti isə 65 yaşdan kiçik risk qrupuna daxil olan böyüklərin və yaşlıların peyvənd olunmasını tövsiyə edir.
Bu dəyişikliklər tibb cəmiyyətində mübahisələr yaradıb və peyvənd siyasətində yeni dönəmin başlanğıcı kimi qiymətləndirilir.