Göyçə gölünün səviyyəsi ötən ilin 29 sentyabrı ilə müqayisədə 10 santimetr azalıb.
"PostMedia" xəbər verir ki, Ermənistanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və monitorinq mərkəzi 2025-ci il sentyabrın 29-u vəziyyətinə gölün dəniz səviyyəsindən 1 900 metr 52 santimetr hündürlükdə olduğunu açıqlayıblar.
Ötən ilin həmin günü bu göstərici 1900 metr 62 santimetr olub.
2025-ci ilin yanvar ayından sentyabrın 29-dək "Arpa-Sevan" tunel su kəməri vasitəsilə Göyçə gölü 101 milyon 10 min kubmetr su buraxıb.
Bu ilin iyun ayından sentyabrın 29-dək isə suvarma məqsədilə Razdan çayı ilə 154 milyon 880 min kubmetr su buraxılıb.
Göyçə gölü daxil olan çaylarda isə su çıxışlarında təbii və əhəmiyyətli dəyişikliklər müşahidə edilməyib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
