N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Azərbaycan və Qazaxıstan “Xəzər” dənizinin problemini bir daha BMT-də qaldırıb

26-sentyabr-2025
Turan Hüseynli
Azərbaycan və Qazaxıstan “Xəzər” dənizinin problemini bir daha BMT-də qaldırıb
Yazı Ölçüsü:

“Xəzər” dənizinin sürətlə dayazlaşma səbəbi iqlim dəyişikliyi yox, ekoloji faktorlardır.

"PostMedia" xəbər verir ki, BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Xəzər” dənizinin sürətlə dayazlaşması problemini qaldırıblar.

Tokayev bunu qlobal xəbərdarlıq siqnalı adlandırıb, Azərbayxan lideri İlham Əliyev isə problemin iqlim dəyişikliyi ilə bağlı olmadığını, ekoloji səbəblərlə izah olunduğunu bildirib.

Rusiya Ekologiya Nazirliyindən isə məsələ ilə bağlı açıqlama yayılaraq qeyd edilib ki, əsas təsir buxarlanma, yağıntılar və çay axını ilə bağlıdır.
Qeyd olunub ki, bununla bağlı “Xəzər” Elmi-Tədqiqat İnstitutu 2029-cu ilə qədər dənizin səviyyəsini öyrənmək və mənfi təsirləri azaltmaq üçün kompleks proqram hazırlayır. Xəzəryanı ölkələr KASPKOM çərçivəsində məlumat mübadiləsi aparır və birgə tədbirlər görür.

Kateqoriyalar