N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Sabah ölkə ərazisində hava yağmursuz olacaq

24-sentyabr-2025
Türkan Nəbi
Sabah ölkə ərazisində hava yağmursuz olacaq
Yazı Ölçüsü:
Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"PostMedia" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayılıb.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 4-7, gündüz 11-16 dərəcə isti olacaq.
Kateqoriyalar