Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
19-avqust-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Milli Hidrometeorologiya Xidməti avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
"PostMedia" quruma istinadən xəbər verir ki, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.